23
Filippindəki Ateneo de Zamboanga Universitetinə bağlı bir məktəbdə baş verən atışmada ən azı iki nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, ABS-CBN News bu barədə polisə istinadən məlumat yayıb.
Xəbər agentliyinin məlumatına görə, hücumçunun şəxsiyyəti araşdırılır.
Manila Bulletin qəzetinin məlumatına görə, atışma zamanı tələbələrdən biri canlı yayıma çıxıb və hadisə yerindən görüntülərdə naməlum silahlı şəxsin tələbələrə atəş açdığı görünür. Şübhəli hücumçunun intihar etdiyi bildirilir.
Hücumçunun özünün hazırkı ölənlərin sayına daxil edilib-edilmədiyi məlum deyil.
