29
ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi Kerolayn Livittin avqustun sonunda vəzifəsindən ayrılacağını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Tramp bildirib ki, Livitt qərarı ailəsi və uşaqları ilə daha çox vaxt keçirmək üçün qəbul edib. Prezident onun qərarını tam anlayışla qarşıladığını və hörmət etdiyini qeyd edib.
Tramp əlavə edib ki, Livitt bundan sonra onun əsas müstəqil məsləhətçilərindən biri və Respublikaçılar Partiyasında nüfuzlu fiqur olaraq fəaliyyət göstərəcək.
