ABŞ Hərbi Dəniz Qüvvələrinin USS Abraham Lincoln aviadaşıyıcısında xidmət edən bir neçə hərbçinin özünə zərər verməyə cəhd etdiyi bildirilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Military Times məlumat yayıb.
Məlumata görə, təxminən 5 min hərbçinin xidmət etdiyi gəmi noyabrın ikinci yarısından etibarən missiyadadır. Missiyanın may ayında başa çatacağı gözlənilsə də, hərbçilərin evə nə vaxt qayıdacağı hələ müəyyən edilməyib.
Hərbçi yaxınlarının sözlərinə görə, uzunmüddətli xidmət, həddindən artıq iş yükü, yorğunluq və emosional gərginlik bəzi şəxslərin psixoloji vəziyyətinə mənfi təsir göstərib.
ABŞ Hərbi Dəniz Qüvvələri isə gəmi rəhbərliyinin hərbçilərin psixoloji vəziyyətini daim izlədiyini və zəruri psixoloji və tibbi yardım göstərməyə hazır olduğunu bildirib. Qurum missiya zamanı özünə zərər verməyə cəhd edən hərbçilərin dəqiq sayını açıqlamayıb.
