37
Litva hökuməti Rusiya və Belarusla sərhəddə xəndəklər qazılması barədə qərar qəbul edib.
Ucnoqta.az xəbər verir ki, hökumətin qərarına əsasən, sərhəd patrul yolundan ərazinin içərilərinə doğru eni 20 metr olan maneə xəndəyi qazılacaq. Ordunun müəyyən etdiyi əməliyyat sahələrində isə xəndəyin eni 150 metr olacaq.
Bu mühəndis qurğuları hərbi maneələrin yaradılması proqramının genişləndirilməsi çərçivəsində inşa ediləcək. Proqram üzrə 2026–2030-cu illərdə əlavə tədbirlərə təxminən 50 milyon avro vəsait tələb olunacaq.
Litva həmçinin maneə parklarının şəbəkəsini genişləndirir. Hökumətin qərarına əsasən, daha əvvəl planlaşdırılan 27 parkın sayı 50-yə çatdırılacaq.
