Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi çərçivəsində müddətsiz əmək müqaviləsi üzrə ümumi vakansiyaların seçimi mərhələsi start verilib.
Ucnoqta.az xəbər verir ki, seçimə başlanması ilə əlaqədar olaraq çoxsaylı müraciət nəticəsində veb saytda texniki nasazlıq yaranıb. Texniki nasazlıq aradan qaldırılsa da vakant yerlərin siyahısı saytda təqdim olunmayıb.
2026-cı il üçün müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsində ümumilikdə 33 mindən namizəd iştirak edib.
Namizədlər elektron ərizə vasitəsilə maksimum 8 vakant vəzifə seçə bilərlər. Namizədlərin yerləşdirilməsi onların vakansiyaları ərizədə qeyd etdikləri ardıcıllıq əsasında aparılacaq.
Ümumi vakansiya seçimi 15 avqust saat 15:00-da başa çatacaq.
Xatırladaq ki, faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi isə 8 avqustda başlayıb və 10 avqust saat 11:00-da yekunlaşıb.

