29
“Harri Potter” filmində rol alan aktrisa bir il ərzində platformada bütün kino karyerasından daha çox pul qazanıb.
Ucnoqta.az xəbər evrir ki, Fox News-un məlumatına görə, “Harri Potter” film seriyasında Lavanda Braun obrazını canlandıran Cessi Keyv maliyyə çətinlikləri və dörd övladını təmin etmək zərurəti səbəbindən platformaya qoşulub.
Aktrisa açıq-saçıq məzmun paylaşmır. Ödənişli abunəçilər onun saçlarını darayıb hörməsini və müxtəlif obrazları sınamasını izləyirlər.
“The Times”ın məlumatına görə, Keyv bir gün ərzində təxminən 20 min dollar qazanıb. Aktrisanın sözlərinə görə, platformadan əldə etdiyi gəlir faktiki olaraq ailəsini maliyyə çətinliyindən çıxarıb.
