38
Səudiyyənin dövlət şirkəti “Saudi Aramco”nun Qırmızı dənizin sahilində yerləşən Cizan şəhərindəki neft emalı zavodunun (NEZ) obyektlərindən birində baş verən yanğın söndürülüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə krallığın Energetika Nazirliyi bazar gününə keçən gecə məlumat yayıb.
“Saudi Aramco-nun sənaye təhlükəsizliyi xidmətinin yanğınsöndürənləri bazar günü səhər saatlarında şirkətin Cizandakı NEZ obyektlərindən birində baş verən yanğını söndürüblər. Hadisə nəticəsində heç kim xəsarət almayıb”, – deyə nazirliyin açıqlamasında bildirilib.
Nazirlik əlavə edib ki, hazırda aidiyyəti qurumlar insidentin araşdırılması ilə bağlı zəruri prosedurları yekunlaşdırırlar.
