25
İsraildə bu mövsüm Qərbi Nil qızdırmasına yoluxmuş ilk xəstənin ölümü qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.
Məlumata görə, 70 yaşlı kişi xəstəlik səbəbindən vəfat edib. Hazırda ölkədə Qərbi Nil qızdırmasına yoluxmanın daha 10 yeni halı təsdiqlənib.
Qərbi Nil qızdırması ağcaqanadlar vasitəsilə yayılan kəskin yoluxucu xəstəlikdir. İlk simptomları yüksək hərarətlə müşayiət olunan qripə bənzəyir. Mütəxəssislər xüsusilə yaşlı və xroniki xəstəlikləri olan şəxslərə ilk əlamətlərə qarşı diqqətli olmağı tövsiyə edirlər.
