Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən marşrut dünyanın ən qısa müntəzəm sərnişin reysi hesab olunur.
Ucnoqta.az bildirir ki, adalar arasındakı məsafə cəmi 2,74 kilometrdir. Əlverişli hava şəraitində təyyarə bu marşrutu rekord sayılan 53 saniyəyə qət edib. Adətən isə havada uçuş müddəti təxminən bir dəqiqə olur.
1967-ci ildən fəaliyyət göstərən marşrut Guinness World Records tərəfindən dünyanın ən qısa sərnişin reysi kimi qeydə alınıb. Uçuşlar Loganair aviaşirkəti tərəfindən həyata keçirilir və bu marşrutda səkkiz sərnişin tutumlu Britten-Norman BN-2 Islander təyyarəsindən istifadə olunur.
Bu reys əsasən yerli əhalinin gündəlik gediş-gəlişini, tibbi nəqliyyatı və digər vacib ehtiyaclarını qarşılamaq üçün xidmət göstərir. Alternativ bərə səfəri 20-25 dəqiqə çəkdiyindən, qısa uçuş adalar arasında ən sürətli nəqliyyat vasitəsi hesab olunur.
