35
ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT-nin Baş Qərargahına gələrkən CNN telekanalını tənqid edib.
Ucnoqta.az xəbər verir ki, Tramp onun gəlişini işıqlandıran CNN müxbiri Keytlan Kollinzə müraciət edərək telekanalın burada olmasına təəccübləndiyini bildirib.
“CNN-in burada olduğuna və məni işıqlandırdığına təəccüblənirəm. Sizin burada olmamağınız lazımdır! Məni işıqlandırmamalısınız. Demişdiniz ki, məni işıqlandırmayacaqsınız. Məni işıqlandırmamalısınız”, – deyə Tramp bildirib.
Hadisə ABŞ liderinin BMT Baş Qərargahına səfəri zamanı baş verib.
