27
ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) astronavtları Cessika Meir və Anil Menon Beynəlxalq Kosmik Stansiyadan (BKS) açıq kosmosa çıxışı uğurla başa vurublar.
Ucnoqta.az xəbər verir ki, NASA-nın yaydığı məlumata görə, astronavtlar ABŞ-ın şərq sahili vaxtı ilə saat 15:00-da stansiyaya qayıdıblar. Açıq kosmosda fəaliyyət 6 saat 27 dəqiqə davam edib.
Bu müddət ərzində astronavtlar stansiyada quraşdırılması planlaşdırılan iROSA günəş panelləri üçün zəruri texniki dəyişiklikləri həyata keçiriblər. Yeni panellərin ilin sonunadək quraşdırılacağı və BKS-in enerji sisteminin gücünü artıracağı gözlənilir.
Bu, Anil Menonun ilk, Cessika Meirin isə altıncı açıq kosmos missiyası olub.
