Rusiyanın Kiyev və vilayətində yerləşən “Epicentr” şirkətinin iki əsas logistika kompleksinə endirdiyi zərbələr nəticəsində ölən və yaralananlar var.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, hücum zamanı Epicentr Ceramic Corporation şirkətinin istehsal sahəsi də tamamilə məhv edilib. Keramika plitələrinin çatışmazlığını aradan qaldırmaq üçün şirkət istehsalı xaricdəki zavodlarında cəmləşdirməyi planlaşdırır.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya hücumu nəticəsində 17 nəfər həlak olub, 44 nəfər isə yaralanıb.
Onun sözlərinə görə, hücumun əsas hədəfi mülki müəssisələrin anbarları olub. Bundan başqa, infrastruktur obyektlərinə və dəmir yolu stansiyasına da zərbələr endirilib. Hücuma məruz qalan obyektlər arasında pivə istehsalı müəssisəsi, tikinti materialları anbarları və mülki logistika mərkəzləri də yer alıb.
