Yaponiyanın Hiroşima şəhərində yerləşən Sülh Parkında ABŞ-ın atom bombardmanı nəticəsində həlak olan və zərər çəkən koreyalıların xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Ucnoqta.az xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə, tədbirdə Cənubi Koreyadan gələn atom bombardmanından zərər çəkmiş şəxslər və onların yaxınları iştirak ediblər. Mərasim iştirakçılarından biri olan 80 yaşlı Tequ sakini hələ anasının bətnində olarkən, hamilə anası ilə birlikdə radiasiyaya məruz qaldığını bildirib.
İkinci Dünya müharibəsində Yaponiyanın kapitulyasiyasına qədər Koreya yarımadası Yaponiya imperiyasının müstəmləkəsi idi. ABŞ-ın Hiroşima və Naqasakiyə atom bombardmanları nəticəsində işləmək üçün gəlmiş və ya ağır əmək işlərinə məcburi cəlb edilmiş təxminən 70 min koreyalı radiasiyaya məruz qalıb.
