ABŞ Senatının liderləri 2026-cı il aralıq seçkilərindən sonra federal hökumətin maliyyələşdirilməsinin davam etdirilməsi ilə bağlı iki partiyanın dəstəklədiyi razılıq əldə ediblər.
Ucnoqta.az xəbər verir ki, Kazinform agentliyi bu barədə məlumat yayıb. Məlumata görə, müvəqqəti maliyyələşdirmə haqqında qətnamə Senatın Büdcə Ayırmaları Komitəsinin rəhbərləri – respublikaçı senator Syuzan Kollinz və demokrat senator Petti Mürrey tərəfindən hazırlanıb.
Qətnamə hökumətin maliyyələşdirilməsini 11 dekabradək uzadacaq. Hazırkı maliyyələşdirmə müddəti sentyabrın 30-da başa çatır. Yeni qərar qəbul edilməzsə, oktyabrın 1-dən federal hökumətin fəaliyyətinin qismən dayandırılması (şatdaun) baş verə bilər.
Senat qanun layihəsini avqust tətilinə çıxmazdan əvvəl, bu həftə qəbul etməyi planlaşdırır. Bununla belə, sənəd əvvəlcə artıq avqust tətilinə çıxmış və işini sentyabrın əvvəlində bərpa edəcək Nümayəndələr Palatası tərəfindən təsdiqlənməlidir.
