24
ABŞ-ın Vaşinqton ştatında baş verən genişmiqyaslı meşə yanğını səbəbindən 65 mindən çox sakin evlərini tərk etmək məcburiyyətində qalıb.
Ucnoqta.az xəbər verir ki, CNN telekanalının məlumatına görə, yanğın Spokan dairəsində 700-dən çox tikilini məhv edib, alovun əhatə etdiyi ərazi isə 3 min hektarı ötüb. Yanğını nəzarət altına almaq hələlik mümkün olmayıb.
Hazırda təbii fəlakət nəticəsində həlak olan və ya xəsarət alanlarla bağlı rəsmi məlumat yoxdur. Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson bildirib ki, yerli hakimiyyət orqanları daha əvvəl yardım üçün müraciət etmiş, lakin sonradan əlaqəsi kəsilən 14 nəfərlə əlaqə yaratmağa çalışır. O qeyd edib ki, həmin şəxslər hələlik itkin düşmüş hesab edilmir.
