32
Latviya 2026-cı ilin əvvəlindən sərxoş vəziyyətdə avtomobil idarə etdiklərinə görə müsadirə olunan 187 nəqliyyat vasitəsini Ukraynaya təmənnasız təhvil verib.
Ucnoqta.az bildirir ki, bu barədə dövlət televiziyası LSM Latviya Dövlət Satınalma Agentliyinə istinadən məlumat verib. Məlumata görə, təhvil verilən texnikalar arasında yolsuzluq avtomobilləri, kvadrosikllər və mikroavtobuslar da var. Gələn həftə hökumətin daha 21 avtomobilin Ukraynaya göndərilməsini təsdiqləyəcəyi gözlənilir. Bu qərar qəbul olunarsa, cari ildə Ukraynaya verilən müsadirə edilmiş avtomobillərin sayı 208-ə çatacaq.
