43
Küveytin hava hücumundan müdafiə qüvvələri İran tərəfindən həyata keçirildiyi bildirilən pilotsuz uçuş aparatı (PUA) hücumunun qarşısını alıb.
Ucnoqta.az xəbər verir ki, Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, hava hücumundan müdafiə sistemləri düşmən PUA-larını zərərsizləşdirmək üçün əməliyyat keçirib.
Açıqlamada qeyd olunub ki, hava hücumundan müdafiə qüvvələri İranın təcavüzü fonunda düşmən pilotsuz uçuş aparatlarının hücumlarına qarşı mübarizə aparır. Baş Qərargah eşidilən partlayış səslərinin hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə bağlı olduğunu bildirib və vətəndaşları rəsmi qurumların təhlükəsizlik təlimatlarına əməl etməyə çağırıb.
