Sentyabr ayı üzrə rayonlarda yaşayan pensiyaçıların ödəniş tarixi açıqlanıb.
Ucnoqta.az-ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabrın 22-də ölkənin digər bölgələri üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.
Beləliklə, rayonlarda yaşayan pensiyaçılar sentyabr ayı üzrə pensiyalarını sabah əldə edə biləcəklər.
Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları sentyabrın 11-də ödənilib. Naxçıvan Muxtar Respublikası üzrə ödənişlər isə sentyabrın 8-də həyata keçirilib.
Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin sentyabr ayı üzrə ödənişlərinin də bu qrafik çərçivəsində həyata keçirilməsi nəzərdə tutulub.
