Fələstinin HƏMAS hərəkatı silahsızlanma məsələsinin İsrailin razılaşmanın bütün müddəalarını yerinə yetirməsindən asılı olduğunu bəyan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə hərəkatın rəsmi Telegram kanalında yayılan açıqlamada bildirilib.
HƏMAS-ın bəyanatına görə, ağır silahlarla bağlı məsələnin razılaşmaya daxil edilməsi Qəzza zolağında bütün hərbi əməliyyatların dayandırılması, İsrail qoşunlarının tam çıxarılması və bölgənin bərpası ilə əlaqələndirilib.
Hərəkat həmçinin inzibati komitənin fəaliyyətə başlamasını, beynəlxalq qüvvələrin yerləşdirilməsini, Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququna təminat verilməsini və müstəqil Fələstin dövlətinin yaradılmasını əsas şərtlər sırasında göstərib.
Açıqlamada qeyd olunub ki, razılaşmanın ikinci mərhələsinin icrası İsrailin birinci mərhələnin bütün öhdəliklərini yerinə yetirməsindən asılıdır.
