ABŞ-ın General Dynamics şirkətinin gəmiqayırma bölməsi Electric Boat 14 ədəd yeni nəsil nüvə enerjisi ilə işləyən sualtı qayığın inşası üçün 76,6 milyard dollar dəyərində müqavilə əldə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ABŞ Hərbi Dəniz Qüvvələri ilə bağlanan müqavilə çərçivəsində Electric Boat beş ədəd Columbia sinifli ballistik raket daşıyan nüvə sualtı qayığının tikintisi üçün 29,5 milyard dollar, doqquz ədəd Virginia sinifli hücum təyinatlı nüvə sualtı qayığının inşası üçün isə 42,1 milyard dollar maliyyə alacaq.
ABŞ Hərbi Dəniz Qüvvələrinin açıqlamasında qeyd olunub ki, bu müqavilə ölkənin sualtı donanmasının və nüvə triadasının bir nəsildə bir dəfə həyata keçirilən genişmiqyaslı modernləşdirilməsi proqramının mühüm hissəsidir.
Müqavilənin ABŞ-ın strateji nüvə çəkindirmə imkanlarının gücləndirilməsinə və dəniz qüvvələrinin döyüş hazırlığının artırılmasına töhfə verəcəyi vurğulanıb.
