Latviya Rusiya və Belarusdan kitab, qəzet, video oyun, oyuncaq və digər bəzi malların idxalına qadağa qoyub.
Baltikyanı respublikanın Seyması (parlamenti) qərarı təcili olaraq qəbul edib.
Ucnoqta.az xəbər verir ki, LSM milli ictimai yayım şirkətinin məlumatına görə, qanun layihəsini 66 üzv dəstəkləyib, səkkiz qanunverici əleyhinə səs verib.
Xarici işlər naziri Baiba Braže hesab edir ki, təklif olunan qaydalar kabinetə qadağanın effektivliyini çevik şəkildə qiymətləndirməyə və zərurət yarandıqda vəziyyətə uyğun olaraq onu tənzimləməyə imkan verəcək.
Qadağan həm Rusiya və Belarusdan birbaşa idxala, həm də üçüncü ölkələrdən Rusiya və Belarus mallarının idxalına şamil ediləcək. Lakin Latviyadan digər Aİ üzv dövlətlərinə tranzit məhdudlaşdırılmayacaq.
