27
Bolqarıstan Parlamentinin üzvləri ABŞ tanker təyyarələrinin ölkənin cənub-şərqindəki Bezmer kəndi yaxınlığındakı aviabazaya yerləşdirilməsinə səs veriblər.
Ucnoqta.az bildirir ki, bu barədə Bolqarıstan Milli Radiosu məlumat verib.
Radionun məlumatına görə, qərar Proqressiv Bolqarıstan və Hüquqlar və Azadlıqlar Uğrunda Hərəkat partiyalarının 135 üzvü tərəfindən qəbul edilib. Parlamentin on üç üzvü əleyhinə səs verib, müxalifətdəki Demokratik Qüvvələr Birliyi, Demokratik Bolqarıstan və Dəyişikliyə Davam Et partiyaları isə səsvermədə iştirak etməyib.
