26
Fransanın Baş naziri Sebastyan Lekornu narkotik testindən müsbət nəticələnən bəzi məmurların vəzifələrindən kənarlaşdırılmasını əmr edib.
Ucnoqta.az xəbər verir ki, o, “Paris Match” jurnalına verdiyi müsahibədə məsələ ilə bağlı suala cavab olaraq neçə dövlət qulluqçusunun və ya hansı idarələrdən vəzifələrindən kənarlaşdırıldığını deyib.
Baş nazir məmurların narkotik testindən keçirilməsinin davam edəcəyinə söz verib və növbəti baş nazirin də məsələni nəzarətdə saxlayacağına ümid etdiyini bildirib.
“Nazirlik işçilərinin və əksər yüksək vəzifəli məmurların son dərəcə məxfi məlumatlara çıxışı var. Narkotiklərdən istifadə etmək həssas olmaq deməkdir”, o vurğulayıb.
