30
Fransanın cənubundakı Var departamentində yeni bir meşə yanğını baş verib.
Ucnoqta.az bildirir ki, TF1 bu barədə məlumat verib.
Yanğın çərşənbə axşamı günortadan sonra Kotinyak kəndi yaxınlığındakı dağlıq ərazidə baş verib. Bir neçə saat ərzində yanğın yüzlərlə hektara yayılaraq bir neçə kəndi təhlükə altına alıb.
Nəticədə, bu və bölgədəki bir neçə digər kənddən 400 nəfər təxliyə edilib. Bundan əlavə, təxminən 2300 ev elektriksiz qalıb. Bir neçə ev yanıb.
Var departamentində yanğınla mübarizə aparmaq üçün ümumilikdə 1200 yanğınsöndürən və xilasetmə işçisi cəlb edilib.
