37
İsrail Müdafiə Qüvvələri (İMQ) 7 oktyabr 2023-cü ildə İsrail ərazisinə hücumda və girov götürmədə iştirakda ehtimal edilən HƏMAS-ın Qəzza Briqadasının əməliyyat rəhbərini öldürüb.
Ucnoqta.az bildirir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat verib.
Bildirilir ki, İsrailə terrorçuların daxil olmasına rəhbərlik edən və girov saxlayan HƏMAS-ın Qəzza Briqadasının əməliyyat rəhbəri Adam İbrahim Şaban Nasmanı öldürülüb.
Mətbuat xidməti qeyd edib ki, sui-qəsd nəticəsində öldürülən şəxs HƏMAS-da bir neçə rəhbər vəzifə tutub, o cümlədən Qəzza Briqadasında kəşfiyyat zabiti və Əş-Şati Batalyonunun komandiri, eləcə də Nuhba Xüsusi Təyinatlı Qüvvələr Batalyonuna komandanlıq edib.
