38
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından 3 mindən çox gəminin keçidini təmin edib
Ucnoqta.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri İranla qarşıdurma fonunda son altı ay ərzində Hörmüz boğazından 3 mindən çox kommersiya gəmisinin keçidini təmin edib. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında bildirilib.
Komandanlığın məlumatına görə, yaydan bəri boğaz vasitəsilə təxminən 1,5 milyard barel neft daşınıb. Son aylarda Hörmüz boğazına istiqamətlənən kommersiya gəmilərinin 95 faizi insidentsiz keçid edib.
