46
Konqo Demokratik Respublikasında (KDR) laboratoriyada təsdiqlənmiş Ebola qızdırması hallarının sayı son 24 saatda 77 artaraq 2344-ə çatıb.
Ucnoqta.az bildirir ki, Rabitə və Media Nazirliyi bu barədə gündəlik bülletenində məlumat verib.
Eboladan ölənlərin sayı 930-a çatıb. Son 24 saatda 37 nəfər ölüb. Ölüm nisbəti 39,7%-dir.
Hazırda xəstəxanalarda və təcridxanalarda 724 xəstə var. Ebola virusuna yoluxmuş şəxslərin təmas izlənməsi nisbəti 85,8%-dir.
