70
Rubio Filippində Lavrovla görüşməyə hazır olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında Filippində keçiriləcək Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) tədbirləri çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşməyə hazır olduğunu bildirib.
“Bunun yekunlaşdığından əmin deyiləm. Amma biz onlarla görüşməyə hazırıq. Əlbəttə”, – deyə Rubio bildirib.
