0
Finlandiya Sərhəd Mühafizəsi cümə axşamı günü Rusiya ilə sərhəddə iki müvəqqəti keçid məntəqəsinin – Parikkala və İnari-nin fəaliyyətini tamamilə bağladığını açıqlayıb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, fevralın 21-də Finlandiya sərhəd mühafizəsinin nümayəndəsi Marko Saareks bildirib ki, Rusiya hakimiyyəti Finlandiyaya bu sərhəd postlarını bağlamağı təklif edib.
Sərhədçilər bu qərarın icrası üçün zəruri əməli tədbirləri, o cümlədən sərhəd-keçid məntəqəsində yol nişanlarının sökülməsini həyata keçirəcəklər.
