İranın cavab zərbələri nəticəsində ABŞ-ın Yaxın Şərqdəki hərbi obyekt və texnikasına dəyən ümumi zərərin 13 milyard dolları keçdiyi bildirilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) öz hesablamalarına istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına başladığı fevralın 28-dən etibarən İran Yaxın Şərqdəki obyektlərə raket və pilotsuz uçuş aparatları ilə 2 mindən çox zərbə endirib.
Zərbələr regionun səkkiz ölkəsində ABŞ-la əlaqəli ən azı 20 hərbi obyektə ziyan vurub.
Bundan əlavə, İran Silahlı Qüvvələri təxminən 42 ABŞ hərbi hava vasitəsini zədələyib və ya məhv edib. Onların əksəriyyətinin iri pilotsuz uçuş aparatları olduğu, siyahıda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların da yer aldığı bildirilir.
