35
Avqustun 11-də Rusiya tərəfi 1 190 hərbçi itirib.
Ucnoqta.az xəbər verir ki, Ukrayna Baş Qərargahının məlumatına görə, ötən ay ərzində Ukrayna hərbçiləri 42,8 mindən çox rusiyalı hərbçini məhv edib. 2022-ci ildən bu günə qədər Rusiya ordusunun ümumi itkilərinin təxminən 1 milyon 460 min 400 nəfərə çatdığı qeyd olunur.
Məlumata görə, son sutkada Rusiya ordusunun 4 tankı, 4 zirehli döyüş maşını, 44 artilleriya sistemi, 1 reaktiv yaylım atəş sistemi, 2 hava hücumundan müdafiə vasitəsi və 1 578 pilotsuz uçuş aparatı məhv edilib.
Ümumilikdə isə Rusiya ordusunun itkiləri təxminən belə olub:
- 12 259 tank;
- 25 120 zirehli döyüş maşını;
- 47 713 artilleriya sistemi;
- 2 020 reaktiv yaylım atəş sistemi;
- 1 560 hava hücumundan müdafiə vasitəsi;
- 439 təyyarə;
- 354 helikopter;
- 454 572 operativ-taktiki PUA;
- 2 190 yerüstü robot kompleksi;
- 34 gəmi və kater;
- 2 sualtı qayıq;
- 132 543 avtomobil və yanacaq çəni;
- 4 514 xüsusi texnika;
- 5 007 qanadlı raket.
Ukrayna Baş Qərargahı qeyd edib ki, Rusiya qoşunlarının itkiləri ilə bağlı məlumatlar hər gün yenilənir və dəqiqləşdirilir.
