ABŞ Prezidenti Donald Tramp ölkədə uşaqlar üçün milli peyvənd təqviminin azaldılmasını nəzərdə tutan fərman imzalayıb.
Ucnoqta.az xəbər verir ki, fərmana əsasən, ABŞ-da uşaqların peyvəndlənməsi üçün “qızıl standart” tətbiq ediləcək və tövsiyə olunan profilaktik peyvəndlərin əhatə etdiyi xəstəliklərin sayı 18-dən 11-ə endiriləcək.
Tramp administrasiyasının yaydığı məlumatda bildirilir ki, yeni qaydalara əsasən, bütün uşaqlara 11 xəstəlikdən qorunmaq üçün peyvənd olunmaq tövsiyə edilir. Bu göstərici 2024-cü ildə tövsiyə olunan 18 xəstəliklə müqayisədə daha azdır.
ABŞ Prezidenti peyvəndlənməni uşaqlarda autizmin inkişafı ehtimalı ilə əlaqələndirib.
Tramp Ağ Evin uşaqlarda autizm hallarının artmasına məhz nəyin səbəb olduğuna əmin olmadığını bildirib. O, tövsiyə olunan peyvəndlərin sayının azaldılmasını onların orqanizmə təsirinin daha ətraflı araşdırılmasına ehtiyac olması ilə izah edib.
