40
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tamamilə minalardan təmizləndiyini bildirib.
Ucnoqta.az bildirir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ liderinin sözlərinə görə, Hörmüz boğazı İrana məxsus limanlara gedən gəmilər istisna olmaqla, bütün digər gəmilərin keçidi üçün açıqdır.
“Bütün digərləri üçün boğaz açıqdır. Bu, bir qədər çətindir, çünki onlar vaxtaşırı minalar atırlar. Biz həmin minaları aşkarlayırıq. Bilirsiniz, biz bütün boğazı minalardan təmizləmişik. Bəlkə də bunu eşitməmisiniz, amma boğaza 100 faiz nəzarət edirik”, – deyə Tramp bildirib.
