39
ABŞ-ın Tesla şirkəti işıqların yaxın məsafəli rejimdə həddindən artıq parlaq olması səbəbindən 20 349 avtomobili geri çağırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatlarına istinadən xəbər yayıb.
Geri çağırış bəzi Tesla Model 3 və Model Y avtomobillərinə şamil olunacaq. Farların həddindən artıq parlaq olması qarşıdan gələn avtomobillərin sürücülərinin görmə qabiliyyətini azalda və qəza riskini artıra bilər.
Tənzimləyici qurum bildirib ki, problemin aradan qaldırılması üçün yekun həll hələ müəyyən edilməyib.
