33
Qırğızıstanın Balıkçı şəhərində, İssık-Kul gölünün sahilində Rusiya və Qırğızıstanın birgə “Mərkəz-2026” taktiki təlimləri başlayıb.
Ucnoqta.az xəbər evrir ki, bu barədə Qırğızıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təlimlərin açılış mərasimi avqustun 11-də 20636 saylı hərbi hissənin bazasında keçirilib.
Təlimlərdə Qırğızıstan və Rusiyadan 500-dək hərbçi iştirak edir. Manevrlərə 100-dək silah və hərbi texnika, döyüş FPV-dronları, həmçinin hər iki ölkənin ordu aviasiyası cəlb olunub.
