39
ABŞ Prezidenti Donald Tramp ölkəsinin İranla münaqişədə zəruri hesab etdiyi təqdirdə gərginliyi daha da artırmaq imkanını saxladığını bildirib.
Ucnoqta.az xəbər verir ki, Tramp jurnalistin ABŞ-ın münaqişədə “genişmiqyaslı eskalasiyaya” gedib-getməyəcəyi ilə bağlı sualına cavabında deyib.
“Bəli, bunu etmək istəsək, belə bir imkanımız mütləq var. Siz bunu biləcəksiniz”, – deyə Amerika prezidenti bildirib.
Jurnalistin Trampın İran rəhbərliyinə zərbə endirmək barədə əvvəlki təhdidini həyata keçirib-keçirməyəcəyi ilə bağlı sualına isə prezident “Siz bunu biləcəksiniz” cavabını verib.
