1
Ukraynadan olan qaçqın Belçikada lotereyada 500 min avro udub.
Ucnoqta.az xəbər verir ki, bu barədə RTL telekanalı Milli Lotereyanın nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, pulu qaçqın statusunda olan, 2022-ci ildə Ukraynadan Belçikaya köçən 18-24 yaş arası gənc qazanıb.
Hazırda cekpot sahibi Brüsseldə yaşayır və işləyir. O, yanacaqdoldurma məntəqəsində 5 avroya bilet alıb.
