30
Ermənistan Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı referendumu yalnız hazırlıq işləri başa çatdıqdan və İrəvanın quruma üzvlük üçün rəsmi müraciətindən sonra keçirəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, referendumdan əvvəl institusional hazırlıq aparılmalı və Aİ-yə üzvlüklə bağlı rəsmi müraciət edilməlidir.
Paşinyan həmçinin Ermənistan üçün yalnız Aİ və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim olmadığını deyib. Onun fikrincə, ölkə hər iki birlikdən kənarda üçüncü inkişaf yolunu da seçə bilər. Baş nazir bildirib ki, Ermənistan vətəndaşları üçün müxtəlif alternativlər yaratmaq və seçim hüququnu xalqa vermək istəyir.
