26
İran Silahlı Qüvvələri Hörmüz boğazının tam nəzarətində olduğunu açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının nümayəndəsi İbrahim Zülfüqari bildirib. O, ABŞ tərəfinin gəmilərin boğazdan maneəsiz keçməsi ilə bağlı açıqlamalarını “yalan və uydurma” adlandırıb.
Zülfüqarinin sözlərinə görə, heç bir kommersiya gəmisi və tanker İran Silahlı Qüvvələrinin icazəsi və nəzarəti olmadan Hörmüz boğazından təhlükəsiz keçə bilməz.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Hörmüz boğazına “tam nəzarət etdiyini” və bu nəzarəti gələcəkdə də qoruyacağını bildirmişdi.
