27
Amerikalı sahibkar İlon Mask Böyük Britaniyanı guya satın alması barədə satirik xəbərə cavab olaraq özünü məşhur komediya filmlərinin qəhrəmanı Ostin Pauers obrazında göstərib.
Ucnoqta.az xəbər verir ki, Mask X platformasında süni intellektlə hazırlanmış video yayımlayıb. Videoda o, pərəstişkarlarından qaçır, yerli sakinlərlə rəqs edir. Kadrlarda Maskın şirkətinə məxsus Optimus humanoid robotları və Böyük Britaniya bayrağının rənglərinə boyanmış Cybertruck avtomobili də yer alıb.
