42
ABŞ İraqdakı bütün hərbi qüvvələrini sentyabrın 30-dək ölkədən çıxarmaq niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Al Hadath telekanalı mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, Vaşinqton İraq hakimiyyətini ABŞ qoşunlarının sentyabrın 30-dək ölkədəki fəaliyyətini başa çatdıracağı barədə məlumatlandırıb.
Məlumata görə, ABŞ İraq Kürdüstanından hərbi qüvvələrinin çıxarılması prosesini də sürətləndirib. ABŞ hərbi bölmələrinin qonşu ölkələr istiqamətində yenidən yerləşdirildiyi qeyd olunur.
Qoşunların hansı ölkələrə çıxarıldığı isə açıqlanmayıb.
