0
Sankt-Peterburqda beş yaşlı uşaq diş həkimi qəbulunda diş güzgüsünü udub.
Ucnoqta.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən “Nevskiye Novosti” nəşri məlumat yayıb.
Hadisə mayın 14-də stomatoloji klinikada baş verib. Uşağın anası stomatoloqun qəbulunda oğlunun ağlamağa başladığını bildirib. Sonradan məlum olub ki, oğlan həkimin istifadə etdiyi müayinə güzgüsünün bir hissəsini udub. İndi uşaq xəstəxanada müayinə olunur – həkimlər onun mədəsindən alətin bir hissəsini çıxarmalı olacaqlar.
