1
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 555 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 144, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 122, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 246, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 43 nəfərdir.
