Pentaqonun açıqladığı son məlumatlara görə, fevralın 28-dən etibarən İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri ABŞ Silahlı Qüvvələrinin 687 hərbçisi yaralanıb.
Ucnoqta.az xəbər verir ki, məlumata əsasən, fevralın sonlarında İrana qarşı başladılan “Epik Qəzəb” əməliyyatı zamanı 417 ABŞ hərbçisi yaralanıb, 14-ü isə həlak olub. ABŞ rəsmiləri bu əməliyyatın mayın 5-də başa çatdığını bildiriblər.
Bundan əlavə, Pentaqon iyulun 7-dən indiyədək xaricdə keçirilən əməliyyatlar üzrə itkiləri ayrıca hesablayır. Həmin məlumatlara görə, bu müddətdə 4 ABŞ hərbçisi həlak olub, 270-i isə yaralanıb. Əməliyyatların hansı ölkələrdə keçirildiyi isə açıqlanmayıb.
Beləliklə, Pentaqonun son məlumatına əsasən, fevralın 28-dən bəri ABŞ Silahlı Qüvvələrinin ümumi itkiləri 18 ölü və 687 yaralı təşkil edir.
