34
İsrail qüvvələri Livanın cənubundakı Deyr-Mimas şəhərini tutaraq Livan hərbçilərinin mövqelərinin yaxınlığında yerləşib.
Ucnoqta.az xəbər verir ki, Lebanon 24-ün məlumatına görə, buna cavab olaraq Livan ordusu bölgəyə hərbi qüvvə və texnika göndərib. Livan hərbçiləri BMT sülhməramlılarından da dəstək istəyib.
Bildirilib ki, İsrail xüsusi təyinatlıları daha əvvəl Həddata və Haris yaşayış məntəqələrinə daxil olaraq yollarda postlar qurub və “Hizbullah” tərəfdarlarının axtarışına başlayıb.
Portal İsrail qüvvələrinin Livanın cənubunun digər ərazilərində də hərəkət etdiyini və bunun quru əməliyyatlarının genişlənməsinə işarə etdiyini yazıb.
