KLM aviaşirkətinə məxsus təyyarə göyərtədə poverbankın alışması səbəbindən Amsterdam hava limanına geri dönüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə RTL məlumat yayıb.
Təyyarə Amsterdamdan Karib dənizindəki Kurasao adasına uçarkən, Atlantik okeanı üzərində göyərtədə kiçik yanğın baş verib. Ekipaj yanğını söndürüb və xəsarət alan olmayıb.
Buna baxmayaraq, təyyarənin komandiri geri qayıtmaq qərarına gəlib. Sərnişinlər təxminən 5,5 saat uçuşda olduqdan sonra təyyarə Amsterdamın Sxiphol hava limanına enib.
KLM sərnişinləri digər reyslərə yerləşdirməyi planlaşdırır. Aviaşirkətin qaydalarına əsasən, sərnişinlər təyyarəyə maksimum iki poverbank götürə bilər. Onlar əl yükündə saxlanılmalı, uçuş zamanı isə istifadə və ya enerji ilə doldurulmaları qadağandır.
