Azərbaycanda 2025-ci il ərzində 59 834 nəfər həyatını itirib. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölüm hallarının əsas səbəbi yenə də qan dövranı sistemi xəstəlikləri olub.
Ucnoqta.az xəbər verir ki, 2010-cu ildə ölkədə müxtəlif səbəblərdən 53 580 ölüm qeydə alındığı halda, 2025-ci ildə bu rəqəm 59 834-ə yüksəlib. Beləliklə, 15 il ərzində ölüm hallarının ümumi sayı 6 254 nəfər artıb.
Qan dövranı sistemi xəstəlikləri isə hər iki dövrdə ölüm səbəbləri arasında ilk sırada yer alıb. 2010-cu ildə bu xəstəliklərdən 32 825 nəfər (61,26%) dünyasını dəyişib.
2025-ci ildə isə göstərici 33 289 nəfər olub. Bu, ümumi ölümlərin 55,64 faizini təşkil edib.
Beləliklə, 15 il ərzində qan dövranı sistemi xəstəlikləri nəticəsində ölənlərin sayı 464 nəfər artıb.
