34
Pakistanda polis əməkdaşları Kiber-Paxtunxva əyalətinin Kohat şəhərində məscid yaxınlığında üç terrorçunu zərərsizləşdirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Geo TV məlumat yayıb.
Məlumata görə, cümə namazı zamanı terrorçu-intiharçının idarə etdiyi partlayıcılarla yüklənmiş avtomobil Old Police Lines kompleksinin darvazasına çırpılıb. Partlayış nəticəsində məscidin divarlarından biri uçub.
Daha sonra atışma başlayıb və polis idarəsinin binası yaxınlığında daha bir partlayış baş verib.
Hadisələr nəticəsində 16 nəfər ölüb, onlardan 5-i hüquq-mühafizə əməkdaşıdır.
