31
Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 222 milyon manat vəsait yönəldilib.
Ucnoqta.az xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb.
1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 596 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 634 manata çatıb.
Yanvar-avqust aylarında 26 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 205 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
