“Günəş” tədris mərkəzinin fəaliyyəti dayandırıldı - Foto

16:56 - 14 May 2020 - Cəmiyyət

Gəncədə karantin rejimini pozan tədris mərkəzi aşkarlanıb.

Məlumata görə, Gəncə Şəhər BPİ-nin əməkdaşları gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıb. Vətəndaş Hüseyn Zahidova məxsus “Günəş” məktəbəqədər tədris mərkəzinin fəaliyyəti dayandırılıb.

Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi  barədə xəbərdarlıq edilib.

H. Zahidov və mərkəzin digər əməkdaşları barədə  qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.///qafqazinfo

 


Xəbər xətti